Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) qlobal iqtisadi prosesləri dərindən bilən, beynəlxalq bazarda rəqabət apara bilən mütəxəssislər yetişdirən təhsil strukturudur. Məktəbin əsas hədəfi tələbələrə beynəlxalq iqtisadi münasibətlər sahəsində nəzəri və praktiki biliklər verməklə yanaşı, onların analitik və strateji düşünmə bacarıqlarını inkişaf etdirməkdir.
Məktəb 20.10.2014-cü ildə UNEC-də İngilis dilində tədris mərkəzi kimi (İDTM) yaradılıb. Hazırda mərkəz Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) adlanır. Mərkəzdə geniş praktiki biliklərə malik ABŞ, İngiltərə, Almaniya, Fransa, İsveç və başqa ölkələrin aparıcı universitetlərinin məzunları olan müəllimlər dərs deyirlər.
*
2025-ci ildə ISE-yə ümumilikdə 179 tələbə qəbul olub ki, onlardan 87 nəfəri 600-dən yuxarı bal toplayıb. Həmin tələbələr bir semestr boyu UNEC-in xüsusi təqaüdünü alacaqlar. Fakültədə 48 əcnəbi tələbə təhsil alır.