Page Image

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 4 tədris korpusu, Dərbənd filiailı, Zaqatala filialı, Maliyyə-İqtisad Kolleci, Sosial-İqtisadi Kollec, Qida Sənayesi Kolleci, Quba tədris mərkəzi aiddir.

Əsas Tədris Binası Bakının tarixi memarlıq tikililərindən sayılır. Bina XX əsrin əvvəllərində Bakı milyonçusu Musa Nağıyev tərəfindən tikdirilib. Həmin vaxt binada "I Realını Məktəbi" yerləşib. Klassik üslubda tikilmiş binada müxtəlif illərdə bir neçə dəfə təmir-bərpa işləri aparılıb, 3 ayrı tikilidən ibarət olmaqla Səbail rayonu İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşir. 

UNEC-in 2 saylı tədris korpusu müxtəlif vaxtlarda inşa edilmiş 2 tədris binasından və idman zalından ibarət olmaqla Nərimanov rayonu Həsən Əliyev küçəsi 135 ünvanında yerləşir. Binalardan biri 5 mərtəbə olmaqla 9759,5 kv.m., ikincisi 7 mərtəbə olmaqla 4153,6 kv.m., idman zalı isə 1 mərtəbə olmaqla 778,3 kv.m. təşkil edir.

Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 194 ünvanında 3000 nəfər təhsilalanın tədrisinin təşkili üçün müasir tələblərə tam cavab verən yeni tədris binası inşa edilmişdir. Ümumi sahəsi 13196,2 kv.m. olmaqla 4 mərtəbədən ibarətdir. Tədris binasında müasir tipli tədris laboratoriyaları, linqafon kabinetləri, kitabxana, konfrans və idman zalı kimi bölmələr mövcuddur. 

UNEC-in 4 saylı tədris korpusu Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 45a ünvanında yerləşir. Bina 5 mərtəbədən ibarətdir. Tədris Binasında tədris auditoriyaları və laboratoriyaları, inzibati, pedaqoji və digər struktur bölmələr, xidmətlər və köməkçi sahələr üzrə otaqlar və s.yerləşir.