Mühəndislik və tətbiqi elmlər

Tural  Nağıyev

Tural Nağıyev

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri f.f.d., b/m.

Kafedranın əsas məqsədi müasir texnologiyalar əsasında mühəndis və tətbiqi elmlər sahəsində yüksək ixtisaslı, rəqabətqabiliyyətli kadrlar yetişdirməkdir.

“Mühəndislik və tətbiqi elmlər” kafedrası Mühəndislik fakültəsinin nəzdində 19 oktyabr 2020-ci ildən fəaliyyətə başlamışdır. Kafedra nəzdində müasir cihaz və avadanlıqlarla təchiz olunmuş 11 tədris-metodiki laboratoriya fəaliyyət göstərir. Kafedrada müxtəlif istiqamətlər üzrə büdcə təyinatlı elmi-tədqiqat işləri aparılır. Kafedra əməkdaşları tərəfindən alınmış elmi nəticələr çoxsaylı xarici və respublika nəşrlərində, o cümlədən impakt faktorlu xarici  jurnallarda dərc olunmuşdur. Kafedra əməkdaşları beynəlxalq və respublika

səviyyəli konfranslarda  dəfələrlə məruzə ilə iştirak etmişlər.

Karyera imkanları. Bu  proqramların məzunları mühəndis və ya proqram və aparat dizaynerləri, texniki nəzarətçilər və satış nümayəndələri kimi əla perspektivlərə malikdirlər. Qazanılan yüksək texniki bacarıqlar, eləcə də problemləri anlamaq və təhlil etmək, nəticələr barədə məlumat vermək bacarığı sayəsində nəinki ölkəmizdə, hətta ölkəmizin hüdudlarından kənarda belə sənayenin və kənd təsərrüfatının  müxtəlif sahələrində qabaqcıl və aparıcı dövlət və özəl sektorlarda əla karyera imkanlarına sahib ola bilərlər.

أخبار الأقسام

21 أبريل 2025
Mühəndislik fakültəsində daxili qrant müsabiqəsi ilə bağli təlim keçirilib
11 أبريل 2025
UNEC-də Scopus bazasında məqalə sayına görə fərqlənən kafedralar “Təşəkkürnamə”lərlə təltif olunub
27 يناير 2025
Mingəçevir Dövlət Universiteti UNEC-in start verdiyi “Elmin populyarlaşdırılması” təşəbbüsünə qoşuldu

اتصال

Ünvan: Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris Binası)

هاتف

+(994) 12 492-59-03 (13-24)

البريد الإلكتروني

tural.nagiyev@unec.edu.az

أقسام أخرى