Quliyeva Aida Aydın qızı 1996-ci ildə namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
2001-ci ildə ABŞ-ın Corciya Ştatının Atlanta şəhərində yerləşən Corciya Dövlət Universitetində MBA kurslarında təhsil almışdır.
2005-ci ildə Böyük Britaniyanın Oksford şəhərində yerləşən Oksford Universitetində “post doctoral research“ proqramı üzrə fəaliyyət göstərmişdir.
2009-cu ildə Macarıstanda Azərbaycan səfirliyinin təşəbbüsü ilə Sent İstvan Universitetində (Gödolle şəhəri), Dünya İqtisadiyyatı institutunda (Budapeşt) “Azərbaycan İqtisadiyyatı – problemlər və perspektivlər” mövzusunda mühazirələr oxumuşdur.