Almaz  Axundova

Almaz Axundova

رابط Avesis
Axundova Almaz Şəmsəddin qızı 13 may 1983 – cü ildə Bakı şəhərində anadan olmuşdur.
1999-cu ildə orta məktəbi bitirmişdir.
1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə kredit” fakültəsində bakalavr, 2003-2006-cı illərdə isə həmin fakültədə magistratura təhsili alıb. Hər iki təhsil səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2004-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi” kafedrasında, 2016-2023-cü illərdə isə “Riyaziyyat və statistika” kafedrasında böyük laborant vəzifəsində çalışmışdır.
2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi” kafedrasında dissertanturaya daxil olmuşdur. 
2023-cü ildən UNEC-in “Laboratoriyaların İşinin Təşkili Mərkəzi”ndə 0,5 ştat preparator vəzifəsində çalışır.
2022-ci ildə UNEC-də təşkil olunan “SOFT SKILLS” təlim proqramı üzrə sertifikat əldə etmişdir.
2 elmi məqalənin müəllifidir.
1.A.Ş.Axundova. Bank idarəçiliyində marketinq işinin təşkili istiqamətləri. İqtisad elmləri: Nəzəriyyə və praktika. Rüblük nəzəri və elmi- praktiki jurnal.№1-2(2008)
2. A.Ş.Axundova. Bankların fəaliyyətində marketinq xidmətlərinin rolu. Azərbaycan Aqrar elmi. Elmi nəzəri jurnal. 2008