I Əsas tədris binası +(994) 12 492-59-13; +(994) 12 492-40-04; 18-46 (1100)
Xudaverdiyeva Kifayət Aslan qızı 07.10.1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə 75 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildən 1979-cu ilə kimi təhsil alıdığı texniki məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
1980-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1986-cı ildə Uçot-iqtisad fakültəsini bitirmişdir. 1998-2003-cü illərdə İqtisad Universitetinin dissertantı olmuşdur. 2003-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
2008-ci ildə “Mühasibat uçotu” kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 2005-ci ildə Azərbaycan ziyalı qadını adlı Beynəlxalq dərəcəli diplomuna layiq görülmüşdür.
Hazırda İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının dosenti vəzifəsində çalışır. Ailəlidir, üç övladı, nəvələri var.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI 40-dan artıq elmi-metodiki əsərlərin, dərs proqramların, elmi tezislərin və s. müəllifidir.