Qurbanov Sadıq Haqverdi oğlu 12 iyul 1972-ci ildə Naxçıvan MR Şərur rayonu Ələkli kəndində anadan olub.
1979-1989-cu illərdə Ərəbyengicə kənd orta məktəbini;
1989-1994-cü illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsini;
1997-2001-ci illərdə ikinci ixtisasüzrə BDU-nun hüquq fakültəsini;
2001-2004-cü illərdə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.
1994-2000-ci illərdə BDU-nun «Nəzəri-mexanika və bütöv mühit mexanikası» kafedrasında mühəndis;
2001-ci ildən ADİU-nun (UNEC) İqtisadiyyatın hüquqi tənzimlənməsi kafedrasında müəllim-dosent;
2000-2006-ci illərdə YAP-ın Mərkəzi Aparatında İdeoloji şöbənin partiyalar arası əlaqələr üzrə baş referent;
2006-2010-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin sektor müdiri;
2010-cu idən Az.NQSI HI RK–nın sədr müavini, AHİK-in məclis üzvü;
2020-ci ildən 6-cı çağrış Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
SOCAR Həmkarlar İttifaqında çalışır.
UNEC-in “İqtisadiyyat” kafedrasının dosentidir.