Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri
6 iyul 2018-ci il tarixindən “İnformatika”, “İnformatika iqtisadiyyatı və texnologiyaları” kafedraları ləğv edilərək həmin kafedraların bazasında “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrası yaradılmışdır. 19.10.2020-ci il tarixində Rəqəmsal iqtisadiyyat fakültəsinin nəzdində “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrası yaradılmışdır.
Kafedrasında İnformatikanın nəzəri və praktiki problemlərinin həlli, o cümlədən iqtisadi informasiya sistemlərinin yaradılması və istifadəsi, mütərəqqi kompyuter texnologiyalarının tətbiqi istiqamətində elmi məktəb formalaşmışdır. Kafedrada respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabacıl iş təcrübəsi öyrənilir və təbliğ olunur.