2003–cü ilin sentyabrn 30-da Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda, Bakı şəhərində “Bazar münasibətləri şəraitində Azərbaycanda sosial sığortanın formalaşması və inkişafı problemləri” mövzusunda (elmi rəhbər məşhur iqtisadçı, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Quliyev, rəsmi opponentlər iqtisad elmləri doktoru, professor Kamil Şahbazov, iqtisad elmləri namizədi, dosent Adilə Gözəlova, aparıcı təşkilat Rusiya Əmək və Sosial Münasibətlər Akademiyası) dissertasiya müdafiə etmiş və iqtisad elmləri namizədi, 2008-ci ilin yanvarın 15-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən yaradılmış Birdəfəlik Dissertasiya Şurasında “Sosial-iqtisadi inkişafın maliyyə-büdcə tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (rəsmi opponentlər AMEA-nın müxbir üzvü Əli Nuriyev, iqtisad elmləri doktoru, professor Məmmədhəsən Meybullayev və iqtisad elmləri doktoru, professor Rafiq Əliyev,aparıcı təşkilat Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu), iqtisad elmləri doktoru elmi dərəcəsi almış və elmi fəaliyyətlə məşğul olmuşdur, 80-dən çox elmi əsərlərin, o cümlədən 5 monoqrafiyanın,1 biblioqrafik kitabın, 1 dərsliyin və 4 dərs vəsaitinin müəllifidir. Həm namizədlik dissertasiya, həm də doktorluq dissertasiya işi AMEA-nın İqtisadiyyat İnstitutunda yerinə yetirilmişdir. Dünya və ölkə mətbuatında ictimai-siyasi və iqtisadi məsələlər üzrə 500-dən çox məqalələri var.
2016-cı ilin fevral ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının müdiri və “Professorlar Klubu” rəyasət heyətinin sədridir. O, 5 iqtisad üzrə fəlsəfə doktoru və 2 iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üzrə elmi rəhbər və elmi məsləhətçi kimi doktorant və dissertantlara töhfə verir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin qərarı ilə 2019-cu ildə “Maliyyə və maliyyə institutları” (hazırda “Maliyyə və audit”) kafedrası üzrə professor elmi adı verilmişdir. Moskvada mötəbər “İqtisadiyyat” nəşriyyatında “Qlobal iqtisadi böhranın anatomiyası” adlı monoqrafiyası çox saylı tirajla çap edilmişdir. (resenzentlər Plexanov adına Rusiya iqtisad Universitetinin dünya iqtisadiyyatı kafedrasının müdiri, əməkdar elm xadimi, RF Akademiyasının müxbir üzvü, prof.Xasbulatov R.İ və RF Hökuməti yanında Maliyyə Universitetinin elmi tədqiqat institutunun direktoru, əməkdar iqtisadçı, professor Perskaya V.V.).
“Davamlı İnkişafın Sosial-iqtisadi problemləri” üzrə 37-ci Beynəlxalq Elmi Konfransda “Bank sektorunun maliyyə sabitliyinin dəyərləndirilməsinin kompozid indeksinin tədqiqi” mövzusunda həmmüəlliflərlə tam mətnli elmi məqalə Web of science bazasında dərc edilmişdir. 2019-cu ilin mayın 15-də dünya elminə və iqtisadiyyatına göstərdiyi xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının “Sülh səfiri” beynəlxalq adına layiq gürülmüşdür.