1995-1999-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, Makroiqtisadiyyat, İqtisadi Siyasət, Beynəlxalq İqtisadiyyat, Keçid İqtisadiyyatının ümumi nəzəriyyəsi fənlərini tədris etmişdir. 1998-1999-cu illərdə “ИБ Австрия Секюритз (Украина)» İnvestisiya Bankında “Postsovet keçid iqtisadiyyatlarının tranformasiyasının təhlili” şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmış, Makroiqtisadiyyat, İqtisadiyyatın dövlət tənzimlənməsi, Azərbaycanın iqtisadi siyasəti fənlərini tədris etmişdir. 2002-ci ildən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində (indiki İqtisadiyyat Nazirliyi) çalışmışdır. 2002-2007-ci illərdə həmin nazirliyin “Makroiqtisadi təhlil və proqnozlaşdırma”, 2007-2009-cu illərdə “Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı”, 2009-2014-cü illərdə isə “İqtisadi siyasət, təhlil və proqnozlaşdırma” şöbələrinə rəhbərlik etmişdir. İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının, eləcə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqçılar Qrupunun üzvü, Xidmətlər üzrə İşçi Qrupun rəhbəri olmuşdur. Dövlət qulluğunun müşaviridir.
2009-cu ildən etibarən “Bakıelektrikşəbəkə” ASC-nin Müşahidə Şurasının Sədri, Dövlət büdcəsinin xərcləri üzrə Komissiyanın üzvü, Əmanətlərin sığortalanması Fondu Himayədarlar Şurasının üzvü, Dövlər Statistika Komitəsinin Metodologiya Şurasının üzvü, 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur. UNEC-də fəaliyyət göstərən Dissertasiya Şurasının sədridir.
Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib.
Azərbaycan Respublikasının Prezidentinin 4 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.