Aynur  Hüseynova

Aynur Hüseynova

Avesis链接
Hüseynova Aynur Fərman qızı 07 fevral 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. 
1984-cü ildə Binəqədi rayonunda 246 saylı orta məktəbin I sinfinə daxil olmuş və 1994-cü ildə Nizami rayonu 220 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir.

1994-cü ildə “Qida məhsullarının texnologiyası” ixtisası üzrə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutuna qəbul olmuş və 1999-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi almışdır.
1999-cu ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutununda “Qida məhsullarının texnologiyası” istiqaməti üzrə magistraturaya daxil olmuşdur və 2001-ci ildə fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsi almışdır.
1995-ci ildən 2000-ci ilədək Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunda  müxtəlif vəzifələrdə (kargüzar, laborant, böyük laborant) çalışmışdır.
2000-ci ildən 2021-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində “Qida məhsullarının texnologiyası”, “İstehlak mallarının ekspertizası” kafedralarında laboratoriya müdiri vəzifəsində çalışmışdır.
İşlədiyi müddət ərzində  bir neçə il saat hesabı qaydada dərslər tədris etmişdir.

AMEA-nın “Zoologiya” İnstitutunun dissertantıdır. Bir neçə tezis və məqalənin müəllifidir.
2021-ci ildən hal hazıradək UNEC-in “Laboratoriyaların İşinin Təşkili Mərkəzi”ndə “Ekologiya mühəndisliyi” laboratoriyasının böyük laborantıdır.
Ailəlidir, üç övladı var.