Nazilə Məmmədova
Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-40-07
+(994) 12 564-40-07
Məmmədova Nazilə Mürsəl qızı 01 iyul 1956-cı ildə Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olub.
1963-1973-cü illərdə Novosaratovka kənd orta məktəbində təhsil alıb.
1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakultəsinin əyani şöbəsinə daxil olub, 1979-cu ildə həmin universiteti bitirib.
1963-1973-cü illərdə Novosaratovka kənd orta məktəbində təhsil alıb.
1980-cı ildə AR Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda baş laborant vəzifəsinə təyin olunub.
1982-1983-cü illərdə SSRİ EA Fəlsəfə İnstitutunda elmi ezamiyyətdə olub.
1983-cü ilin dekabr ayında AR Elmlər Akademiyasında kiçik elmi işçi vəzifəsinə keçirilib.
1984-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı (istehsalatdan ayrılmadan) olub.
1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
1995-ci ilin mart ayında Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə kafedrasına dosent əvəzi vəzifəsinə təyin edilib.
1999-cu ilin avqust ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Fəlsəfə” kafedrasında baş müəllim vəzifəsində işləyib.
Hazırda "Humanitar fənlər" kafedrasının dosentidir.

25-ə yaxın elmi-metodik əsərin müəllifidir.
Ailəlidir. Üç övladı və nəvələri var.