Nizami Süleymanov Məmməd
“Humanitar fənlər” kafedrasının professoru
                                         Bakı, H.əsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 564-40-07
                                +(994) 12 564-40-07
Nizami Süleymanov 8 aprel 1958-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunun Qaşağan kəndində anadan olmuşdur.
1974-1979-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Tarix” fakultəsini bitirib.
                                        1979-1984-cü illərdə təyinatla Ağdaş rayonunun Cüvə kənd məktəbində tarix müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavin işləyib.
1984-1991-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Fəlsəfə” kafedrasında laborant, baş laborant işləmiş, 1991-1995-ci ildlərdə “Azərbaycan tarixi” kafedrasında müəllim, 1995-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan tarixi” kafedrasında baş müəllim, 2004-2015-ci illərdə dosent, 2015-2023-cü illərdə “Humnaitar fənlər” kafedrasında professor əvəzi, 2023-cü ildən hal-hazıradək professor vəzifəsində 1990-ci ildə “Azərbaycan Kommunist Partiyasının fəhlə sinifinin əmək fəallığının yüksəldilməsi sahəsində fəlaiyyəti” mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Ona “Azərbaycan Səfəvi dövlətinin iqtisadi həyatı (1501-1736-cı illər)” mövzusunda müdafiə etdiyi dissertasiya işinə görə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 8 may 2015-ci il tarixli qərarı ilə tarix üzrə elmlər doktoru elmi dərəcəsi, 2023-cü ildə “professor” elmi adı alıb.
BDU-da “Tarix” fakultəsində magistr pilləsi üzrə buraxılış işlərinin müdafiəsi üzrə Dövlət imtahan komissiyasının sədri kimi fəaliyyət göstərib.

80-dək çoxlu elmi əsərin, 3 monoqrafiya, 2 dərs vəsaiti, 1proqram, 1 metodik vəsaitin müəllifi, 1 dərsliyin həmmüəllifidir. Elmi məqalələri ABŞ Rusiya, Ukrayna və Gürcüstanda nəşr olunub.
Elmi Əsərləri (hiperlinkli)
                                        6 oktyabr 2017-ci ildə uzun müddətli elm-pedoqoji fəaliyyətinə görə UNEC-in “Fəxri Fərmanı” ilə təltif olunub.
Azərbaycan Respublikası Təhsil Nazirinin 25 noyabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibəti ilə Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 2025-ci ildə UNEC-in 95 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin əmri ilə “Fəxri Fərmanı” ilə təltif edilmişdir.

                                        Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə ekspert Şurasının üzvü kimi fəaliyyət göstərib, hal-hazırda tarix və antropologiya ekspert komissiyasının üzvüdür.  
Ailəlidir, iki övladı var.
                                Ailəlidir, iki övladı var.