Yusif  Əliyev  Nadim

Yusif Əliyev Nadim

Türk dünyası iqtisad fakültəsinin dekanı

رابط Avesis
Həsən Əliyev 135, (II Tədris korpusu)
+(99412) 440 57 49
y.aliyev@unec.edu.az
1977-ci ildə Saatlı Rayonunda anadan olmuşdur.
Bakalavr təhsilini 2003-cü ildə Türkiyə Respublikası Selçuk Universitetində “Əlaqələr” (Communication) fakültəsində bitirmiş və 2005-ci ildə eyni universitetin Sosial Elmlər İnstitutunda eyni ixtisas üzrə magistratura təhsilini  tamamlamışdır.
2005-ci ildə Selçuk Universitetində Public Relations-Tanıtma sahəsində doktorantura proqramına qəbul olmuş və  Public Relations (İctimaiyyətlə əlaqələr) mövzusunda dissertasya işini müdafiə edərək proqramı müvəffəqiyyətlə tamamlamışdır. 
Y.Əliyev ümumi iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
2007-ci ildən Türk dünyası iqtisad fakültəsində müəllimlik fəaliyyətinə başlamış  və 2014 cü ildən etibarən Türk dünyası iqtisad fakültəsində  dekan müavini,  2024-cü ildən etibarən isə Türk dünyası iqtisad fakültəsində  dekan vəzifəsini icra edir.
Müxtəlif zamanlarda bir çox konfranslarda, forum və seminarlarda “İctimaiyyətlə əlaqələr-PR”, “Təşkilati davranış” və “Reklamçılıq”mövzularında məruzələrlə çıxış etmişdir.
Beynalxalq Türk Dünyası İqtisad Konferansının koordinatoru və Beynalxalq Türk Dünyası İctimai Elmlər konfransının idarəetmə şurasının üzvüdür.