1977-ci ildə Saatlı Rayonu Şirinbəyli kəndində anadan olmuşdur.
Bakalavr təhsilini 2003-cü ildə Türkiyə Respublikası Selçuk Universitetində Əlaqələr (Communication-Jurnalistika) fakültəsində bitirmiş və 2005-ci ildə eyni universitetin Sosial Elmlər İnstitutunda eyni ixtisas üzrə magistratura təhsilini tamamlamışdır.
2005-ci ildə Selçuk Universitetində Public Relations-Tanıtma sahəsində doktorantura proqramına qəbul olmuş və Public Relations (İctimaiyyətlə əlaqələr) mövzusunda dissertasya işini müdafiə edərək proqramı müvəffəqiyyətlə tamamlamışdır.