UNEC-in Həmkarlar İttifaqı Komitəsi (HİK) — universitetdə sosial rifahı, hüquqları və maraqları qoruyan, asudə vaxtın səmərəli təşkili ilə məşğul olan ictimai qurumdur.
Universitet Həmkarlar İttifaqının müasir dövrdə, fəaliyyəti
əsasən 3 istiqamət üzrə həyata keçirilir:
- Tədris və əmək intizamının gücləndirilməsi
- Mədəni-kütləvi işlərin təşkili.
- Universitet əməkdaşlarının sağlamlığının qorunması
və istirahətinin təşkili.
Həmkarlar İttifaqı bir çox bayram günlərinin, əməkdaşların yubileylərinin təntənəli qeyd olunmasında böyük rol oynayır; universitet əməkdaşlarının sağlamlığının qorunması və istirahətinin təşkili istiqamətində işlər görür. Universitet əməkdaşlarının istirahətinin səmərəli təşkili üçün hər il respublika əhəmiyyətli sanatoriyalara, istirahət evlərinə göndərişlər ayırır.
UNEC HİK-in əsas funksiyaları:
1. Əmək hüquqlarının müdafiəsi
2. Sosial təminat və dəstək
3. İstirahət və sağlamlıq imkanları
4. Mədəni və sosial tədbirlər
5. Təklif və təşəbbüslər
UNEC HİK maddi ehtiyacı olan universitet əməkdaşlarına birdəfəlik yardım təyin edə bilər. Ailə üzvlərinin və ya əməkdaşın vəfatı, xəstəlik və digər fövqəladə hallarda dəstək göstərir. İstirahət və sağlamlıq imkanları əməkdaşların sanatoriyalara, müalicə müəssisələrinə, istirahət mərkəzlərinə güzəştli əsaslarla göndərilməsini təşkil edir.