“Dizayn” kafedrasının müdiri, f.f.d., dos.
Kafedranın yaradılmasında əsas məqsəd tədris prosesində tələbələrin yaradıcılıq qabiliyyətini formalaşdırmaqla yanaşı, yüksək zövqlü yaradıcı mütəxəssislər yetişdirməkdir.
“Dizayn” kafedrası 1999-cu ildən fəaliyyətə başlamışdır. Kafedra üzrə bakalavr pilləsində 68 fənn tədris olunur. Bütün fənlər sillabuslar və tədris vasitələrilə təmin olunmuşdur. Nəzərdə tutulan proqramı həyata keçirmək üçün tələbələr üçün dizayn studiolar (yaradıcılıq emalatxanaları) yaradılmış, yeni avadanlıq və materiallarla təchiz edilmişdir.
Kafedranın əsas missiyası dizaynın bir çox istiqamətlərində rəqabətqabiliyyətli və praktiki qabiliyyətlərə malik, əmək bazarının çağırışlarına və beynəlxalq standarlara cavab verə bilən ixtisaslı mütəxəssislər hazırlamaqdır. Kafedranın müəllimləri tərəfindən tələbələr üçün dərs vəsaiti, metodik vəsaitlər hazırlanaraq çap edilmişdir.
Tədris edilən fənlərin mənimsədilməsi ilə tələbələr dizayn problemlərini həll edə bilən mütəxəssis kimi yetişirlər. Kafedra əməkdaşları respublikamızda hal-hazırda dizayn sahəsi üzrə fəaliyyət göstərən müəssisə, təşkilatlar, firmalar və s. ilə sıx əlaqə saxlamaqla, bu sahədə olan yenilikləri izləyir və elmi axtarışlarını davam etdirməkdədirlər.
Kafedra əməkdaşlarının respublikada istehsal olunan məhsulların dizayn elementləri ilə tərtib olunması, məhsulun keyfiyyətinin yüksəldilməsi sahəsində apardıqları elmi axtarışlar həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb edir.