Aybəniz  Əliyeva

Aybəniz Əliyeva

Avesis linki
Əliyeva Aybəniz Bahadır qızı 05.01.1972-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olub.
1989-cu ildə orta məktəbi bitirmişdir.
1990-1995-ci ildə Azərbaycan Politexnik İnstitutu (indiki AzTU) Metalkəsən dəzgahlar və alətlər (Mühəndis-mexanik) ixtisasını bitirmişdir.
1995-2000-ci illərdə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Fizika” kafedrasında baş laborant, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Fizika və Kimya” kafedrasında böyük laborant, 2021-ci ildən isə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Laboratoriyaların İşinin Təşkili Mərkəz”ində böyük laborant vəzifəsində işləyir.
“Fizika” ,”Fizikanın əsasları” və “Tətbiqi fizika” fənlərindən saat hesabı laboratoriya dərsləri keçmişdir.
Ailəlidir, üç övladı var.
1. Qasımov H.B., Həsənov N.E., Rzayev R.M., Əliyeva A.B. Cu 1.95 Te monokristalının alınması və rentgen-faza analizi. // “Respublikamızda qida və tekstil sənayesinin inkişaf perspektivləri və qarşıda duran vəzifələr” mövzusunda III spublika elmi-praktiki konfransının materialları. Bakı, 21 may, 2019-ci il. səh 166-167.
2. A.E.Süleymanova, D.Ə.İbrahimova, X.Y.Quliyeva , A.B.Əliyeva. İnsan həyatı üçün yodun mühümrolu // “Respublikamızda qida və tekstil sənayesinin inkişaf perspektivləri və qarşıda duran vəzifələr” mövzusunda III Respublika elmi-praktiki konfransının materialları. Bakı, 21 may, 2019-ci il. səh 26-27.
3. M.A.Jafarov, V.M.Salmanov, A.H.Huseynov, R.M.Mamedov, T.A.Mamedova, F.S.Ahmedova, A.B.Aliyeva . GaSe nanoparticles synthesized by lazer ablation method. UNEC Journal of Engineering and Applied Sciences Vol.3, № 2, 2023, pp 54-60.
Qazi Universitetinin keçirdiyi “Emal üsulları və alətlər” kursunu müvəffəqiyyət sertifikatı ilə başa vurmuşdur. UNEC Günü ilə əlaqədar Universitet fəal iştirakına görə 2024-cü ildə “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetidə (UNEC) 2021-2022-ci ildə  keçirilən  “Materialşünaslıq” (Maşın mühəndisliyi), ”Emal üsulları və alətlər”, ”Maşınqayırmada keyfiyyətin normallaşdırılması” fənləri üzrə keçirilən təlimlərində iştirak etmişdir.