1984-cü ildə Azərbaycan SSR DİN-nin İnşaat İdarəsinə işə qəbul olunmuşdur. Əvvəlcə böyük mühasib-müfəttiş, sonra isə əmək və əmək haqqının təşkili üzrə I dərəcəli mühəndis vəzifələrində işləmişdir.
1994-cü ildə aspiranturanı bitirdikdən sonra, «Bank işi» kafedrasında müəllim vəzifəsində saxlanılmışdır. 1997-ci ildə dissertasiya işini müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1998-ci ildə «Bank işi» kafedrasında baş müəllim işləmişdir. 2001-ci ildə isə dosenti vəzifəsinə seçilmişdir. UNEC-in “Maliyyə və maliiyə institutları” kafedrasının dosentidir.
XII.2004 – IV.2014 tarixlərində İqtisad Universitetinin Doktorantura şöbəsinin müdiri;
IV.2014 – X.2015 tarixlərində Maliyyə fakültəsinin dekanı vəzifələrində işləmişdir.
Hazırda UNEC-də fəaliyyət göstərən Dissertasiya Şurasının Elmi Katibidir.